Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı “istehlakçıları aldatma və ya keyfiyyətsiz məhsul hazırlayıb satma” maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq aparılır. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
13 dekabr tarixində “28 Mall”un yaxınlığında yerləşən “Dönər Market”dən 8 nəfər dönər alaraq zəhərlənmişdir. Dönərxananın fəaliyyəti ekspertizadan sonra dayandırılmışdır.