top
Kişi ona ərə getmək istəməyən qadını küçədə öldürdü - MƏHKƏMƏ
21 avqust 2026, 11:35
- ↺ +

Kişi ona ərə getmək istəməyən qadını küçədə öldürdü - MƏHKƏMƏ

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Pərviz Paşapurun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, hadisə 2012-ci ildə Yasamal rayonu ərazisində baş verib. Şəki şəhər sakini 24 yaşlı Pərviz Paşapur yaşadığı evin qarşısında 18 yaşlı Günel Nəsirovaya 8 bıçaq zərbəsi vurub. Sonuncu xəstəxanaya çatdırılıb və orda çoxlu qan itirdiyindən dünyasını dəyişib.
 
Hadisədən təxminən 4 saat sonra Pərviz Paşapur könüllü polisə gələrək təslim olub.
 
İstintaqla müəyyən olunub ki, Pərviz Paşapur mobil telefonla mərhumun anasına zəng edərək qızı Günelin onunla danışmadığı halda onu öldürəcəyi ilə hədələyib.
 
Bundan sonra Paşapur əvvəllər elçi göndərməsinə baxmayaraq Günelin ona ərə gəlməməsini bəhanə edib sonuncunu həyatdan məhrum etmək qərarına gəlib.
 
Bu məqsədlə o, saat 16:40 radələrindən Şərifzadə küçəsində marketin qarşısında Günelin işdən çıxmasını gözləyib.
 
Saat 21:00 radələrində Günelin iş yoldaşı ilə işdən çıxmasını görən Pərviz onun arxasınca gəlib və evin qarşısında Nəsirovanı yerə yıxıb üzərindəki bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürüb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2012-ci il tarixli hökmü ilə Pərviz Paşapur 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Dünən, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
04 oktyabr 2026, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
04 oktyabr 2026, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər