Bakıda ekoloji avtomobillərin yürüşü keçiriləcək. “Yaşıl ölkə” adlı bu layihə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən həyata keçirilir. Bu haqda bu gün, 29 aprel tarixində Oxu.az məlumat verib.
Ölkədə ilk dəfə təşkil olunacaq “Yaşıl ölkə” adlı ekoloji yürüş mayın 10-da Ümummilli Lider Heydər Əliyevin doğum günündə keçiriləcək. Tədbirin məqsədi Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin populyarlaşdırılması, müasir elektromobillərin, hibrid və qazla işləyən avtomobillərin nümayişi, ətraf mühitin mühafizəsi, regionlarda avtoturizmin inkişafı, müasir informasiya texnologiyalarına, texniki idmana marağın artırılması, gənclərin vətənpərvərlik tərbiyəsinə töhfə verməkdir.
Yürüş Bakı-Kürdəmir-Göyçay-Mingəçevir marşrutu üzrə baş tutacaq. Ekokarvanın hərəkəti “Motor House” texniki servis mərkəzindən başlayacaq.