top
“Lotu Quli”ni söydü, kürəyindən bıçaqlandı - MƏHKƏMƏ TƏFƏRRÜATLARI
28 noyabr 2024, 07:00
- ↺ +

“Lotu Quli”ni söydü, kürəyindən bıçaqlandı - MƏHKƏMƏ TƏFƏRRÜATLARI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda 18 yaşlı oğlan “TikTok”da “Lotu Quli”ni söydüyü üçün bıçaqlanıb.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 2006-cü il təvəllüdlü İ.Həsənov (ad şərtidir) bu ilin yanvarında “TikTok”da “Lotu Quli”ni söyən Ədalət Babayevi (ad şərtidir) kafeyə görüşə çağırıb. Ədalətə “Lotu Quli”nin ünvanına nalayiq ifadələr işlətməsinə görə irad bildirib. Heç bir səbəb olmadan onunla mübahisə edib. Daha sonra Ədalətdən söyüşünə görə üzr istəməsini tələb edib. Buna razı olmayan Ədaləti çölə çıxaran zaman arxadan bıçaqlayıb.

İ.Həsənov Azərbaycan Respublikası CM-nin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən İ.Həsənov özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 16 yaşına qədər uşaq evində böyümüş, oradan çıxdıqdan sonra dayısı ilə qalmağa başlayıb.

“Yasamal ərazisində idim. Dostum Qılman gəlib dedi ki, bir nəfər “Lotu Quli”ni söyüb. Məndən bu məsələni həll etmək üçün gələ bilib-bilməyəcəyimi soruşdu. Mən də getdim. Orda söyən adamın Ədalət olduğunu öyrəndim. Söydüyünə görə üzr istəməsini tələb etdim. Ədalət təklifimi rədd etdiyi üçün onu küçədə bıçaqladım. “Lotu Quli” ilə tanışlığım olmasa da, etdiyim hərəkətlə fəxr edirəm. Hadisədən peşman deyiləm. Üzərimdə həmişə müdafiə üçün bıçaq gəzdirirəm. Mənim adımı polisə verdiyi üçün Əlini də bıçaqlamaq istəyirdim. Onun “mama uşağı” olduğunu gördükdən sonra fikrimdən daşındım”.

Məhkəmə iclasında zərərçəkmiş şəxs Ədalət Babayevin ibtidai istintaq dövründə verdiyi ifadə elan edilib. İfadədə göstərilir:

“Təxminən 2023-cü ilin oktyabr ayında “TikTok” sosial şəbəkəsində “Düzünə Rövşən” adlı profil səhifəsi açdım. Həmin profil səhifəsi mənə məxsus olub və o profildə Rövşən Lənkəranski kimi tanınan şəxsin fotolarını və videolarını paylaşırdım. Həmin profili istifadə etdiyim dövrdə tanımadığım bir neçə şəxslə mübahisəm olub. Lakin heç bir zaman telefonla danışığım və ya görüşüm olmayıb.

Bir gün “TikTok”da Rövşən Lənkəranskiyə aid şəkil və videolara baxdığım zaman həmin videonun koment hissəsində tanımadığım bir nəfərin Rövşəni söydüyünü gördüm. O, Rövşəni söydüyü üçün mən də “Lotu Quli”ni söydüm. Təxminən bir neçə dəqiqə sonra həmin şəxs “TikTok”da mənə yazaraq nə üçün “Lotu Quli”ni söydüyümü soruşduqda ona Rövşəni söydüyü üçün etdiyimi dedim. Məni görüşə çağırdı. Getdim. Üzr istəməyimi istədi, mən də etmədim. Bir də gördüm ki, pilləkəni düşən zaman arxadan bıçaqlandım”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə İ.Həsənov 7 il azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər