Mahaçqala-Bakı aviareysləri açılır. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az xəbər verir.
Uçuşlar “Utair” aviaşirkəti tərəfindən “Boeing-737-500” təyyarələri vasitəsilə 1 iyun tarixindən etibarən hər həftənin cümə və bazar günləri həyata keçiriləcək. Bir tərəfə biletin qiyməti 216 manatdan başlayır.
Biletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.