“Məhəmmədi dairəsinin Kürdəxanıya tərəf gedən hissəsində piyadaların istifadəsi üçün onsuz da bərbad vəziyyətdə olan səkini yük maşınları zəbt edib, bu isə ciddi təhlükə yaradır”.
Bu barədə Bakuplus.az-a Abşeron rayonu Məhəmmədi kəndinin sakinləri məlumat veriblər.
Sakinlər deyirlər ki, qarşı tərəfdə lisey yerləşdiyinə görə, uşaqlar məhz bu yoldan keçmək məcburiyyətindədirlər: “Səkini yük maşınları zəbt etdiyindən piyadalar yola çıxmaq məcburiyyətində qalır. Bunun isə necə təhlükəli olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Maşınlar adamın üstünə çıxır”.