top
Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
20 noyabr 2024, 05:30
- ↺ +

Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yardımlı rayon sakini 1995-ci il təvəllüdlü Elnurə Kərimli doğum şöbəsində ikinci övladını dünyaya gətirərkən Masallı Rayon Mərkəzi Xəstəxanasında komaya düşüb, Bakıya - Respublika Klinik Xəstəxanasına gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Bakupost.az-a mərhumun atası İntiqam Kərimov məlumat verib.

İ.Kərimovun bildirdiyinə görə, Elnurə hamiləliyi boyu sağlam olub, 1 ay öncədən xəstəxanada yoxlamadan, analizlərdən keçib, heç bir problem aşkarlanmayıb: "Yoxlayandan sonra dedilər ki, 1 həftə sonra gələrsiz. Doğuş vaxtı özü öz ayağı ilə getdi. Xəstəxananın Könül adlı ginekoloqu, Fikrət adlı cərrahı bildirdilər ki, artıq uşaq götürülməlidir, təbii doğuş yox, qeysəriyyə edək. Şöbə müdiri Əminə Bəndəliyevadır. Qızımı yoldaşı, ailəsi əməliyyata aparıb, analizlər təmiz idi, problemsiz əməliyyata alınıb. Sonra mənə xəbər verdilər ki, oğlan uşağı oldu, normal, sağlamdır, amma ana ayılmadı. Biz xəstəxanaya getdik. Mən qızımı görəndə 90 % ölü kimi idi, oksigen balonuna qoşmuşdular. 2-ci sutkada gördük ayılmır, getdim baş həkim İlqar Məmmədovun yanına, dedim, uşaq yarımcandır, 2 sutkadır ayılmır, ağırdırsa, Bakıya aparaq. Mənə dedi ki, yox, bu xəstə mənlikdir, indi götürmək olmaz, mən sağaldacam. Xəstə reanimasiyada demək olar ki, ölü idi. Məni arxayın etdi, aldatdı, qayıtdım kəndə. Gecə zəng etdilər ki, xəstə ağırdır, gəlin, Bakıya göndəririk. Soruşdum ki, niyə yubadıb indi aparırsız, axı mən vaxtında demişdim. Oksigen balonuna qoşulu halda cəmi 5 faiz yaşayan insanı təcili yardımla gecəylə götürdülər Respublika Kliniki Xəstəxanasına. Mən qızımı gördüm, o, demək olar ki, ölmüşdü”.

İ.Kərimov deyib ki, analizlər xəstənin bütün həyati orqanlarının sıradan çıxdığını göstərib: "Bircə ürəyi az da olsa, işləyirdi. Amma xəstəni yenə də reanimasiyada saxlayıblar. Lakin görülən tədbirlər fayda verməyib, xəstə noyabrın 4-də vəfat edib".

Ailənin ölüm səbəbini öyrənmək tələbinə isə “ekspertiza olmadan, cavab verə bilmərik” deyiblər. Ekspertizadan sonra övladını dəfn etməyə aparıb:

“Respublika Klinik Xəstəxanasının həkimləri də bizi yola verdi. Nə qədər təkid etdik ki, ölübsə, boş yerə aparatda saxlamayın, razıyıq, ayırın, verin balamızı. Bizə ancaq onu deyirdilər ki, ağırdır. Özü də Masallıdakı analizlərlə bu xəstəxanadakı cavablar tamam fərqli idi. Mən hesab edirəm ki, Masallıdan Bakıya elə meyit aparıblar. Bizi yalandan arxayın etdilər"

Şikayətçi ekspertizanın rəyinin hələ hazır olmadığını bildirib:

"Masallıda qızım ağırlaşanda prokurorluğa şikayət etdim ki, uşaq ölür. Bakıda vəfat edəndə Yasamal polisindən gəldilər. Şikayətimi etmişəm. TƏBİB-ə dəfələrlə zəng etmişəm ki, xəstəmizi öldürdülər, araşdırın, bizə kömək edin. Heç bir cavab yoxdur. Elə boş yerə ünvan, ad nömrə götürürlər. Heç saytlarda xəbər kimi də verilmədi. Hər şeyi gizlədirlər. Masallı xəstəxanasının baş həkimi, həkimləri bizi görüb qaçdılar, polisləri tökdülər ora ki, bizə hücum edəcəklər. Qızımın əməliyyatda qanına nə salıblar, beyninə qan sızıb, sepsis olub, bir söz deyən yoxdur. Gözünü heç açmadan getdi. “Respublikanski”də dedilər ki, bunu öldürüb gətirmisiz. Bilmirik, dərdimizi kimə deyək?! Mən həkim səhlənkarlığından şikayətçiyəm. Əgər onun problemi vardısa, əməliyyata niyə götürürdüz? Öncədən niyə demədiniz? Normal, sağlam ananı əməliyyata aldılar. O qədər ana ölümü olur ki... Amma gizlədirlər. Ailə aparıb meyiti dəfn edir, məsələ bitir. Niyə bu məsələlər araşdırılmır, niyə ana ölümlərinə son qoyulmur?!”.

Məsələ ilə bağlı Masallı Rayon Xəstəxanasının Könül adlı ginekoloq həkim münasibət bildirmək istəməyib.

TƏBİB-dən isə hələlik sorğuya cavab verilməyib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər