top
Məşq zamanı ölən yeniyetmə ilə bağlı iddialara aydınlıq GƏTİRİLDİ
14 dekabr 2024, 02:46
- ↺ +

Məşq zamanı ölən yeniyetmə ilə bağlı iddialara aydınlıq GƏTİRİLDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Xətai rayonunda yerləşən idman klubunda məşq zamanı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğaraq öldürüb.

Bakuplus.az məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu verib.

Qurumdan bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 13.02.2024-cü il tarixində saat 18:30 radələrində Xətai rayonu ərazisindən çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 14 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Yeniyetmənin “Hədəf” idman klubunda cüdo məşqi zamanı öldüyü ilə bağlı iddialar var. Məsələ ilə bağlı Bakuplus.az-ın əməkdaşı Azərbaycan Cüdo Federasiyasının (ACF) Marketinq və kommunukasiyalar üzrə meneceri Rəşad Tuncay ilə əlaqə saxlayıb.

R.Tuncay ölüm faktının cüdo məşqi zamanı baş verməsi ilə bağlı iddianı təsdiqləyib: “Hadisə ilə bağlı mənə verilən ilk məlumat yanlış olub. Bir neçə dəqiqə əvvəl klubun məşqçisi Rafael Şahverdiyev ilə əlaqə saxladım. Ölüm hadisəsi cüdo məşqi zamanı baş verib. Amma qeyd edim ki, “Hədəf” idman klubunun Cüdo Federasiyasına aidiyyəti yoxdur. Sadəcə orada region, Bakı və Respublika üzrə birincilərin yarışları keçirilir, onlar arasından milli komandaya idmançı cəlb edirik. Ölüm faktının federasiyaya aidiyyəti yoxdur. Ailəsinə də başsağlığı veririk, səbir diləyirik. Hər bir idmançının başına gələ bilər. Heç kəs istəməz ki, belə bir hal baş versin”.

Hadisə ilə əlaqədar olaraq Bakuplus.az-ın əməkdaşı “Hədəf” idman klubunun cüdo məşqçisi Rafael Şahverdiyev ilə əlaqə saxlayıb.

R.Şahverdiyev danışmaq istəmədiyini qeyd edib.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər