Sürücülərin avtomoblləri “Memar Əcəmi” metrostansiyasının düz qarşısında saxlaması piyadaların ciddi narazılığına səbəb olur.
Bu barədə Bakuplus.az-a məlumat verən sakinlər bildiriblər ki, “Memar Əcəmi” metrostansiyasının çıxışlarında maşın yolu ilə piyada səkisi eynidir: burada həm avtomobilləri saxlayırlar, həm də hərəkətdə olan avtomobillər buradan keçirlər. Bir sözlə, xaotik vəziyyət hökm sürür, bu isə piyadaların həyatı üçün ciddi təhlükə yaradır.
Sakinlərin iddiasına görə, müvafiq qurumlar kritik vəziyyətin aradan qaldırılması üçün heç bir zəruri addım atmırlar.