Metropolitendə 2 nəfər qadının 440 və 800 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Bakuplus.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinənlər, əvvəllər də məhkum olunmuşlar N.Vəliyev və İ.Babayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.