Bakı metrosunda qatarların hərəkətində ləngimə olub. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 30 iyun tarixində xəbər verir.
Fasiləyə səbəb “İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sisteminin işə düşməsi olub. Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri “Sahil” stansiyasında düşürüb və yoluna davam edib.
Qatarda hər hansı bir problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xəttdən çıxarılıb.
Bu səbəbdən “Nəriman Nərimanov-Həzi Aslanov” istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb.