Bakı metrosunda sərnişinlərin ödənişi qəbul edilməyib. Bu haqda 2 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bu gün səhər saatlarında metronun “İnşaatçılar” stansiyasında quraşdırılan ödəniş terminallarında nasazlıq yaranıb. Sərnişinlər terminal vasitəsi ilə kartlarına pul yükləsələr də, ödəniş “BakıKart”ın balansına keçməyib. Bu isə sərnişinlərin narazılığına səbəb olub.
Sərnişinlər metropoliten işçilərinə narazılıqlarını bildiriblər və ödənişin bərpa olunmasını tələb ediblər. Yaranan nasazlıq isə sərnişinlərin sıxlığına səbəb olub.