Milli Məclis təmir işləri ilə əlaqadər bir sıra müavilələr imzalayıb
APA xəbər verir ki, bunula bağlı 186.000 AZN-dən çox olan 2 tender keçirilib.
Milli Məclisin inzibati binalarında, həyətyanı sahəsində və avtoparkında cari təmir işləri, santexnika mal-materiallarının, fəvvarələr üçün avadanlığın ehtiyat hissələrinin, hovuz üçün kimyəvi məhlulların, sənaye kondisionerləri və ventilyasiya sistemləri üçün ötürücü kəmərlərin, fankoyllar üçün ehtiyat hissələrinin, qazanxana və nasosxanalarda istifadə olunacaq avadanlıqların və ehtiyat hissələrinin satın alınması üzrə hər iki tenderin qalibi “Atlantis Construction Group” MMC olub.
27 avqust tarixində sözügedən şirkətlə 121.600 və 64.500 AZN dəyərində satınalma müqaviləsi imzalanıb.