Paytaxtın Nərimanov rayonunda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikililər sökülür. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az FHN-in mətbuat xidmətinə istinadən məlumat verir.
Məlumatda bildirilir ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir sıra qanun pozuntuları müəyyən edilib.
Akademik Həsən Əliyev küçəsində Tariel İdrisov və Natiq Hacıyevə məxsus qanunsuz obyektlərin, eləcə də rayonun Rasim Muxtarov küçəsində Cəmilə Səfərəliyevaya məxsus qanunsuz tikililərin sökülməsinə başlanılıb.
[caption id="attachment_83089" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]