Paytaxtın Nəsimi rayonu, 20 yanvar və Cavadxan küçələrinin kəsişməsində ağacların kəsildiyi iddia olunur. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Ərazidə köhnə tikili sökülərək, yeni hündürmərtəbəli bina inşa olunur. Bu səbəbdən yaxınlıqdakı ağaclar məhv olunur. Daha öncə burada yaşıllığın olduğu bildirilir, sonra isə ərazidə kafe fəaliyyət göstərirdi.
Ekologiya Nazirliyindən məsələ ilə bağlı araşdırmanın aparıldığı və ağacların həqiqətən kəsildiyi bildirilir. Yeni binanı tikən “Garant İnşaat” MTK-nın təbiətə 6600 AZN ziyan vurduğu müəyyən edilib.
Toplanan materiallar Baş Prokurorluğa göndərilib.