Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində özünü binadan atan qız barədə məlumat yayılıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
16 yaşlı yeniyetmə xəstəxanada dünyasını dəyişib.
“Yeniyetmə reanimasiyaya açıq kəllə-beyin travması diaqnozu ilə yerləşdirilmişdi, intubasiya ilə nəfəs alırdı”, - deyə xəstəxanadan bildiriblər.
1 aprel tarixində sözügedən ünvanda 16 yaşlı qız özünü 4-cü mərtəbədən atmışdır.