Nəsimi rayonunda yerləşən Mir Cəlal parkında abadlıq işləri davam etdirilir. Bu haqda 5 fevral tarixində Nəsimi Rayon İcra Hakimiyyəti xəbər verib.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər görülür.
Mir Cəlal parkında yerləşən işıq dirəklərində və gecə işıqlandırma xətlərində bərpa işləri aparılır, pilləkən və istinad divarlarının üzlük daşları təmir olunur. Bundan əlavə parkda yerləşən idman qurğularında, uşaq oyun elementlərində təmir işləri aparılır.