Paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsi 46 ünvanında ağacları zədələyən şəxs tutulub. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Həmin ünvanda yaşayan Xədicə Kərimova 2 ağacı qanunsuz köçürməkdə və 3 ağacın kökünü qazıntı edən zaman zədələməkdə şübhəli bilinir.
Faktla bağlı təqsirkara protokol tərtib olunub. Ağacların qulluğu üçün müvafiq orqanlara müraciət edilib.