Bakının Nəsimi rayonunda məhəllələrdə abadlıq işləri aparılır. Bu haqda 6 iyun tarixində Nəsimi Rayon İcra Hakimiyyəti xəbər verib.
Belə ki, Alı Mustafayev 41 ünvanında yerləşən ümumi yaşayış binasının həyətində qurumuş və təhlükəli olan ağaclar kəsilib, yaşayış binasının dam örtüyü və fasadlar təmir olunub, binanın qarşısında kanalizasiya xətləri, yağış sularını axıdan boru və navalçalar dəyişdirilib, blokların köhnə qapı və pəncərələri yeniləri ilə əvəz olunub.
Həyətdəki istinad divarlarının dəmir-beton konstruksiyalarla möhkəmləndirilməsi başa çatdırılıb. Həmçinin həyətdə yeni işıqlandırma sistemi quraşdırılıb, söhbətgah və uşaq meydançası yaradılıb.
Qeyd olunan ünvanda hazırda işlər davam etdirilir - həyətə bordürlərin, tamet daşlarının və asfalt örtüyünün vurulması işlərinə başlanılıb.
[URIS id=47460]