Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri davam edir. Bu haqda BakuPlus.az bu gün, 11 iyun tarixində xəbər verir.
İşlər çərçivəsində rayonun Mustafa Topçubaşov küçəsi, Akademik Mirqasımov küçəsi ilə kəsişmədən Vaqif prospekti ilə kəsişməsinə qədər olan məsafədə yeraltı su və kanalizasiya xətləri yeniləri ilə əvəz olunub, yola yeni asfalt örtüyü vurulub.
Piyadaların rahat hərəkəti üçün səkilərdə təmir-bərpa işləri aparılıb, bordürlər qoyulub, yeni tamet daşları vurulub.
Hazırda rayonun Cəlil Məmmədquluzadə küçəsi, Bakıxanov küçəsi ilə kəsişmədən Hərbi Hospitalın qarşısına qədər olan məsafədə yeraltı kommunikasiya xətlərinin müəyyən hissələri yeniləri ilə əvəz olunaraq, yola yeni asfalt örtüyü vurulur.
[URIS id=48218]