20-21 noyabr tarixlərində paytaxtın Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Bu haqda bu gün, 18 noyabr tarixində Azəravtoyolun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunan küçədəki körpünün Tbilisi prospekti ilə kəsişməsində temperatur şovları yenilənəcək. Bununla əlaqədar yol ötürücünün “Qələbə dairəsi” istiqamətində olan hissəsi bağlanacaq.
Əbdülvahab Salamzadə küçəsinin sağ kənar yolundan alternativ seçim kimi istifadə etmək olacaq.nin
“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik,”- deyə qurum bildirib.