Nəsimi rayonunda maşını binanın həyətində düzgün park etməyən sürücü piyadaların hərəkətinə çətinlik yaradıb. Bu barədə 18 fevral tarixində Avtosfer.az məlumat verib.
9-cu mikrorayon, Həsən Seyidzadə küçəsində 99-AK-640 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsüsü maşını blokun girişində olan səkidə saxlayıb. Bununla da sürücü parklanma qaydasını pozub.
Hadisə nəticəsində piyadalar səkidə hərəkət etməkdə, həm də bloka girməkdə çətinlik çəkiblər.