Nəsimi rayonunda asfaltlanma işləri yekunlaşıb. Bu haqda 4 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azadlıq prospekti İzzət Həmidov küçəsinin kəsişməsindən Süleyman Rüstəm küçəsinin kəsişməsinə qədər piyada səkilərinin bərpası və yolun əsaslı təmiri başa çatıb. Yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılıb.
Hazırda rayonun digər prospekt və küçələrində yenidənqurma işləri davam etdirilir.
[URIS id=47353]