Nəsimi rayonu, 28 May küçəsi, 20 ünvanında tarixi binanın fasadında bərpa işləri aparılır. Bu haqda 4 avqust tarixində Nəsimi RİH məlumat verib.
Tarixi binanın fasadında ümumi prinsiplərə riayət olunmaq şərti ilə bəzək elementlərinin təmir-bərpası işləri görülür.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.
[caption id="attachment_55163" align="alignnone" width="300"]
Foto Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]