Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib. Bu haqda 7 iyun tarixində rayon İcra Hakimiyyəti məlumat verib.
Rayonun icra başçısı Asif Əsgərov 3-cü mikrorayonda, Alı Mustafayev 41 ünvanında keçirilən görüşdə sakinlərin müraciətlərini dinləyib. Qəbulda dam örtüyünün təmiri, mənzil növbəsinə götürülmə, uşaqların təhlükəsizliyi üçün yüngül konstruksiyalardan çəpərlərin çəkilməsi, həyətin işıqlandırılması, su axıntısının qarşısının alınması, əlavə oturacaqların qoyulması, zirzəminin təmiri barədə müraciətlərə baxılıb.
Vətən müharibəsi şəhidi Rzayev Hacırza Fikrət oğlunun ailəsinin yaşadığı bu ünvanda hazırda Rayon İcra Hakimiyyəti tərəfindən “Abad həyət” layihəsi çərçivəsində abadlıq-quruculuq işləri həyata keçirilir.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_47626" align="alignnone" width="800"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]