Nərimanov Rayon İcra Hakimiyyəti rayon üzrə Mənzil Kommunal Təsərrüfat Birliyində çalışan işçilərin maaşlarından hər ay 100 manat kəsilməsi barədə şikayətlərə münasibət bildirib.
Qurumdan Pravda.az-a bildiriblər ki, süpürgəçilərin əmək haqları büdcədən ayrılmış vəsait hesabına ödənilir.
"İlin sonuna doğru bir sıra problemlər yaransa da, oktyabr ayı üçün əmək haqlarının əvvəlki qaydalarla ödənilməsi təmin edilib", - məlumatda qeyd olunub.