“Mücrü” nəşriyyatının rəhbəri, yazıçı Müşfiq Xanın evi yanıb.
Bakuplus.az xəbər verir ki, bu barədə öz Facebook hesabında yazıçı, şair Cəlil Cavanşir yazıb.
Cəlil Cavanşir qeyd edib ki, Müşfiq Xanın ailəsinə və nəşriyyata külli miqdarda ziyan dəyib: “Sevinirəm ki, ailə üzvləri və özü sağ-salamatdır. Bu, 2024-cü ildə Müşfiqin yaşadığı ikinci oxşar və ağır hadisədir”.
Hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.



