Nur Sultan-Aktobe-Bakı istiqamətində aviareyslər həyata keçiriləcək. Bu haqda 24 iyun tarixində Report məlumat verib.
Qazaxıstanın "Qazaq Air" aviaşirkəti tərəfindən təşkil olunan aviareyslər iyulun 7-dən etibarən həyata keçiriləcək. Aviareyslər həftədə iki dəfə - cümə axşamı və bazar günü yerinə yetiriləcək. Biletlərin qiyməti bir tərəf üçün 57 min qazax tənqəsi (207 manat) təşkil edir.