Bu gün, 1 iyun tarixindən etibarən Bakının mərkəzində “Formula 1” Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar, nəqliyyatın hərəkəti daha da məhdudlaşdırılacaq. Bu haqda Report məlumat verib.
Gecə saatlarında İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələrində təhlükəsizlik baryerləri quraşdırılacaq.
Həmin küçələrdə hərəkət yarış bitdikdən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
“Formula 1” Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçiriləcək.