Bakıda tanınmış restoranın rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Bu haqda BakuPlus.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən bu gün, 16 mart tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonunda yerləşən “Shazelı Group” MMC-yə məxsus “Pak Dad” restoranı cərimələnib.
Nəzarət tədbirləri çərçivəsində ölkə üzrə 223 ictimai iaşə obyektində 406 monitorinq keçirilib.