Bakıda yerləşən Penitensiar Xidmətin müalicə müəssisəsində ölüm hadisələri qeydə alınıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 18 may tarixində xəbər verir
Orada saxlanılan məhkumlar - Nazir Süleymanov, Etibar Talıbov, Aydın Məmmədov və Vaqif Quliyev dünyasını dəyişiblər.
Daha əvvəl Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində ölüm faktı qeydə alınmışdır. Belə ki, məhkum Saleh Məmiyev qəflətən vəfat etmişdir.