Azərbaycan Dövlət Pedaqoji Universiteti kadr itkisi ilə üzləşib. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az təhsil ocağına istinadən xəbər verir.
Coğrafiya fakültəsinin keçmiş dekanı, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Yavər Əliyev 72 yaşında dünyasını dəyişib.
Elm xadimi 30 elmi məqalə, 4 dərs vəsaiti və 1 elmi monoqrafiyanın müəllifi olub.