2 dekabr tarixində Bakının Nəsimi rayonundakı avtomobil yollarında təmir işləri gedir. İşlər Ceyhun Səlimov küçəsində səhər saatlarından etibarən başlayıb. Bu haqda BakuPlus xəbər verir.
Əraziyə canlı qüvvə və texnika cəlb olunub. Sakinlərin sözlərinə əsasən, küçədə işıqlandırmanın zəif olması bəzi hallarda hətta qəzaların baş verməsinə səbəb olur.
Piyadaların yeraltı keçid əvəzinə avtomobil yolundan istifadə edərək yolu keçməsi işqılandırmanın bərpa edilməsinin zəruriliyini daha da artırır.
Aparılan işlərin bu halların qarşısını alacağı gözlənilir.