Bakıda 25 aprel günorta saatlarından başlayaraq şərq və cənub-şərq küləkləri ilə Mərkəzi Asiyadan toz kütlələri Azərbaycan ərazisinə daxil olub. Bu haqda Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva məlumat verib.
Avtomatik stansiyalardan daxil olan məlumatlara görə, hazırda paytaxtın Nizami, Xətai və Səbail rayonlarında havada toz hissəciklərinin qatılığı normadan 2 dəfəyə yaxın çoxdur.
Tağıyevanın sözlərinə görə, yaxın iki gün ərzində meteoroloji şəraitdən asılı olaraq havada tozun miqdarı normadan artıq ola bilər.