Bu gün, 11 iyun tarixində Bakıda Gənc Müəllimlərin II Forumu keçirilib. Bu haqda Report məlumat verib.
Tədbirin təşkilatçısı Azərbaycan Gənc Müəllimlər Assosiasiyası olub.
Forumda müxtəlif regionlardan 35 yaşa qədər 300 müəllim iştirak edib. Tədbirin keçirilməsində məqsəd müəllimlərin ixtisasının artırılmasıdır.
Forumda təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə iştirak ediblər.