Bakıda "Qlobal Sülh Sammiti”nin açılış mərasimi keçirilib. Bu haqda 30 may tarixində Bakuplus.az Report -a istinadən xəbər verir.
Mərasimə 35-dən çox ölkədən gənclər qatılıb. Sammitdə dünyada olan qlobal problemlər, müharibədən sonra yaranan sülh imkanlarını və şəxsi sülh təşəbbüsləri haqda çıxışlar olub və panel diskussiyası təşkil olunub.
"Qlobal Sülh Zənciri" təşkilatının məqsədi gənclər, diplomatlar, səfirlər, nüfuzlu icma qrupları, icma əsaslı təşkilatlar vasitəsilə bütün dünyada tolerantlıq, inklüzivlik və sosial sülhün qurulması mədəniyyətini inkişaf etdirməkdir.
Sammit mayın 31-də yekunlaşacaq.
Foto Report.az
[caption id="attachment_46453" align="alignnone" width="800"]
Foto Report.az[/caption]