“Atam işlədiyi dövr ərzində sübut edib ki, onun üçün əsas məsələ sərnişinlərin təhlükəsizliyi olub”.
Bakuplus.az xəbər verir ki, bunu mərhum gəmi komandiri İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində deyib.
“Atam böyük qəlbi olan, çox təcrübəli pilot idi. Atam hər zaman deyirdi, “mən havaya qalxanda təkcə öz həyatıma görə deyil, həm də bütün sərnişinlərin, ekipaj üzvlərinin həyatına görə məsuliyyət daşıyıram. O, son uçuşu ilə əsl qəhrəmanın necə olduğunu sübut etdi”, - deyə o qeyd edib.