Jurnalistə yüksək vəzifə verilib. Bu haqda 10 iyun tarixində Oxu.az məlumat verib.
Bəylər Mirzəyev Pirşağı-Kürdəxanı Olimpiya İdman Kompleksinə direktor vəzifəsinə təyin olunub. O, 2020-ci ildə Sumqayıt Olimpiya İdman Kompleksinin direktor müavini vəzifəsində çalışıb.
Bəylər Mirzəyev sabiq media işçisidir. O, 2008-2009-cu illərdə AzTV-nin İdman Proqramları Baş redaksiyasında müxbir kimi işləyib. 2009-2017-ci illərdə “İdman Azərbaycan” (indiki “İdman TV”) telekanalında redaktor vəzifəsində işləyib. Daha sonra, 2017-2019-cu illərdə o, “İdman Azərbaycan”ın baş redaktor müavini vəzifəsinə təyin olunub.