Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolu təmir olunacaq. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
9 iyul saat 10:00-dan etibarən tikinti ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissəsi avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq. Məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənədək qüvvədə olacaq.
Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.