Bakı Media Mərkəzi Polis Akademiyasının 100 illiyinə həsr olunan videomaterial hazırlayıb. Bu haqda BakuPlus.az bu gün, 17 may tarixində xəbər verir.
Qanun keşiyində dayanan polislərimizin təhsil aldığı akademiyanın yaranması və inkişaf yolu barədə ətraflı məlumat verilir.
Akademiyanın hazırkı binasında tədris prosesinin aparılma qaydaları, onların effektivliyi və vacibliyi qeyd olunur. Akademiya müdavimlərinin nizam-intizamı, sağlam və fiziki hazırlığına diqqətlə yanaşılması da videomaterialda vurğulanır.
Videomaterialı sizə təqdim edirik: