top
Problemli kreditlərin məbləğinin artmasının səbəbi nədir? – ÖZƏL AÇIQLAMA
04 aprel 2025, 09:00
- ↺ +

Problemli kreditlərin məbləğinin artmasının səbəbi nədir? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda vaxtı keçmiş və problemli kreditlərin artması ilə bağlı məlumat verilir. Martın 1-nə olan vəziyyətə görə, vaxtı keçmiş kreditlərin məbləği 480.1 milyon manat təşkil edib və bu da fevralın 1-i ilə müqayisədə 1.05% artım göstərib. Bundan başqa, ilin əvvəlinə nisbətən artım 6.9%, son bir ildə isə 2.3% olub.

Problemli kreditlərin ümumi kredit portfelindəki xüsusi çəkisi fevralın sonuna 1.6% təşkil edib. Bu göstərici əvvəlki dövrlərlə müqayisədə müəyyən dəyişikliklər göstərir. Məsələn, yanvarın sonuna da eyni göstərici 1.6% olub, amma dekabrın sonuna 1.5%, ötən ilin fevralın sonuna isə 1.9% təşkil etmişdi.

Bu göstəricilərin Azərbaycanda kreditlərin ödənilməsində yaranan çətinlikləri və vaxtı keçmiş borcların artdığını göstərdiyi bildirilir. Bunun, həm banklar, həm də ölkə iqtisadiyyatı üçün müəyyən risklər yarada biləcəyi fikirləri var.

Bəs, görəsən, problemli kreditlərin məbləğinin artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bu daha çox texniki artım kimi qiymətləndirilə bilər:

Problemli kreditlərin məbləğinin artmasının səbəbi nədir? – ÖZƏL AÇIQLAMA

“Çünki burada ciddi həcmli artımdan söhbət getmir. Problemli kredit portfelinə münasibətdə xüsusi çəkisi də artmır. İndiki halda yol verilən hədd bazar prinsiplərinə görə, 3 faizdir. Bu göstərici 1,6 faiz səviyyəsindədir. Çox aşağı və optimal bir göstəricidir. Biz hətta müqayisə aparmış olsaq, görərik ki, ötən ilin noyabr ayında bu göstərici bugünkü ilə müqayisədə daha yuxarı olub.

Sonrakı aylarda yenidən azalma baş verib. Burada söhbət təxminən 10-15, 20-30 milyon ətrafında indikatorların aylar üzrə bir-birindən fərqlənməsindən gedir. Hər hansı bir iri kredit ödəyicisi üzrə artıq gecikmə qeydə alınırsa, avtomatik olaraq müvafiq indikator dəyişikliyə gətirib çıxara bilər”.

“Struktur təhlili onu göstərir ki, nə valyutada olan kreditlər üzrə problemli kredit həcmi, nə də milli valyutada qısa müddətli dövr üzrə problemli, vaxtı keçmiş məbləğ artmayıb. Yalnız uzunmüddətli və milli valyutada olan kreditlər üzrə bu məbləğ artıb. Ehtimal olunur ki, bu bir neçə iri müştərinin öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən yaranmış bir məsələdir. Bu hallar adətən ya kredit restrukturizasiya edilir, ya da hansısa formada şirkət öhədliklərini yerinə yetirir.

Düşünürəm ki, problemli kreditlərin artması ilə bağlı davamlı təzyiqlər yoxdur. Əgər davamlı təzyiqlər ortaya çıxarsa, bu zaman Mərkəzi Bank tərəfindən aidiyyəti adekvat siyasətin həllərin təşviq edilməsinə zərurət yarana bilər. İndiki halda proses stabil görünür. Ciddi risk yaranma ehtimalı yoxdur. Ümid edirəm, növbəti dövrlərdə belə bir çətinlik ortaya çıxmayacaq”, - deyə R.Həsənov əlavə edib.

Nəzrin Vahid 

Son xəbərlər

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Oxşar xəbərlər