top
Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür
05 sentyabr 2026, 10:40
- ↺ +

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Tanınmış teatr və kino aktyoru, "Şərəf" ordenli, Xalq artisti Səyavuş Aslanın anadan olmasından 91 il keçir.

Bakuplus.az xatırladır ki, Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar dram dərnəyindən başlayıb. 1954-cü ildə musiqili komediya estrada truppasında, 1958-ci ildə isə Quba Dövlət Dram Teatrında çalışıb. Uzun illər Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub, 1994–1996-cı illərdə həmin teatrın bədii rəhbəri işləyib.

Səyavuş Aslan həyatında yalnız bir qadını – həyat yoldaşı Ofeliya Aslanı sevib. Aktyor onunla Quba teatrında tanış olub. Ailələrin etirazına baxmayaraq, "Ya Ofeliya ilə evlənəcəyəm, ya da heç kimlə" deyərək onunla ailə qurub. Cütlüyün Çingiz və Eldar adlı iki oğlu olub.

Deyilənə görə, maddi vəziyyətləri ağır olduğundan toy günü Səyavuş Aslanın bəylik kostyumu olmayıb. Teatr rəhbərliyinə müraciət etdikdən sonra paltar sexindən ona kostyum verilib. Aktyor həyat yoldaşından ayrılsa da, sonralar başqası ilə evlənmək təklifini rədd edib.

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru olub. "Kəndimizin mahnısı", "Özümüz bilərik", "Altı qızın biri Pəri", "Ulduz" kimi tamaşalarda və filmlərdə yaddaqalan obrazlar yaradıb, televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü olub və 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

Xalq artisti 27 iyun 2013-cü ildə ağır xəstəlikdən sonra Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Oxşar xəbərlər