top
Psixoloq: “Danışılan ailə problemləri gəncləri evlilikdən soyudur” – ÖZƏL AÇIQLAMA
19 noyabr 2024, 07:00
- ↺ +

Psixoloq: “Danışılan ailə problemləri gəncləri evlilikdən soyudur” – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda son illərdə nikahların sayında azalma müşahidə olunmaqdadır. Azərbaycanda da dünyada olduğu kimi, ənənəvi ailə dəyərləri və evlilik anlayışı zamanla dəyişir. Gənc nəsil daha çox şəxsi inkişaf, təhsil və karyera kimi sahələrə fokuslanır.

2024-cü ilin yanvar-sentyabr aylarına olan statistikaya nəzər yetirsək görərik ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 651 nikah və 15 964 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Bəs görəsən, insanlar niyə evlilikdən qorxurlar? Nikaha girənlərin sayı niyə azalıb? Problemin səbəbi nədir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən psixoloq Gülər Məmmədovanın sözlərinə görə, bu gün televiziya və sosial şəbəkələrdə konfliktli ailə məsələlərinin müzakirəsi gənclərdə qorxu yaradır:

[caption id="attachment_158678" align="alignnone" width="1024"]Gülər Məmmədova Gülər Məmmədova[/caption]

“Ümumiyyətlə biz orta və yaşlı nəslin keçmişinə baxanda görərik ki, efirlərdə və sosial şəbəkələrdə ailə məsələləri bu qədər qabardılmırdı. Əfsuslar olsun ki, bu gün bütün telekanallarda ailələrdəki konfliktli müzakirələr yayımlanır. Bu da gənc nəsli qorxudur. Düşünürlər ki, biz niyə o vəziyyətə düşək. Kimdənsə asılı olmaq, kiməsə görə dəyişmək istəmirlər. Firavan yaşamağı seçirlər. Bu firavanlığın da təklik olduğunu düşünürlər.

Bu kimi yanaşmalar indiki gənc nəsildə böyük bir yükə çevrilib. Onlar həyatlarını daha rahat yaşamaq istəyirlər. Əziyyət çəkmək, kimdənsə asılı olub, kiminsə nəzarəti altında yaşamaq istəmirlər. Danışılan ailə problemləri gəncləri evlilikdən soyudur”.

Sosioloq Üzeyir Şəfiyev qeyd edib ki, qeyd olunan vəziyyətin əsas səbəblərindən biri də gənclərin sayının azalmasıdır:

[caption id="attachment_158679" align="alignnone" width="640"]Üzeyir Şəfiyev Üzeyir Şəfiyev[/caption]

“Statistikadan da göründüyü kimi nikah sayı azalıb. Bu tendensiya bir neçə ildir ki, davam edir. Səbəbləri çoxdur. Azərbaycanda gənclərin sayı azalıb. 10 il öncə ölkə əhalisinin 29 faizini gənclər təşkil edirdisə, indi 21 faizə düşüb. Gənclərin sayının azalması nikah sayına təsir edir”.

Sosioloq qeyd edib ki, bu gün bəzi telekanallarda məşhur insanlar boşanmanı təşviq edir:

“Azərbaycanda yeni tendensiya var. Boşananlar üçün partilər olur. Boşanma statistikasının artması gəncləri narahat edir. Güvən hissi aşağı olur. Qorxurlar. Gənclər artıq ailə məsuliyyətinə çiyin vermirlər. Tənha həyat tərzinə yönəlirlər, ailə qayğısı istəmirlər. Bu, qlobal tendensiyadır. Gənclər arasında işsizlərin də sayı çoxdur. İşləməyən və təhsil almayan gənclər də şübhəsiz ki, evlilikdən qorxurlar. Ona görə də xarici ölkələrdə olduğu kimi gənc ailələr üçün Dəstək Fondu yaradılmalıdır”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər