Şəkidə meşəlik ərazini kəsməklə təbiətə 8 milyonluq ziyan vurmaqda ittiham olunan, buna görə həbs edilən “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçinin atası tanınmış iş adamı Aydın Dəmirçi oğlunun hərəkətlərinə görə üzr istəyib.
Bu barədə məlumatı APA TV yayıb.
Aydın Dəmirçizadə söz verib ki, sözügedən ərazidə meşə ağacları əkiləcək, meşə örtüyü tam şəkildə bərpa olunacaq.