Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin AZAL təyyarəsinin qəza enişi etməsi nəticəsində ölən Azərbaycan vətəndaşlarının cənazəsi bu gün ölkəmizə gətiriləcək.
Bu barədə Modern.az-a AZAL-dan məlumat verilib.
Qeyd edək ki, həlak olan Azərbaycan vətəndaşlarından 4-nün cənazəsi artıq Bakıya gətirilib, onlar dəfn olunublar.