Qida Təhlükəsizliyi İnstitutunda “açıq qapı” günü keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 27 may tarixində xəbər verir.
Layihə Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar 7 iyun tarixində saat 11:00-dan 13:00-a qədər həyata keçiriləcək.
Məqsəd beynəlxalq aləmdə qeyd olunan bu tarixin mahiyyətinə, o cümlədən qida təhlükəsizliyinin insan sağlamlığında oynadığı rola, bu sahədə risklərin vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində laboratoriyalar şəbəkəsinin üzərinə düşən məsələlərə diqqət çəkmək, həmçinin bu sahədə ölkəmizdə görülən işlərlə bağlı daha geniş auditoriyanı məlumatlandırmaqdır.
Açıq qapı günündə iştirakçılar İnstitutun laboratoriyalarına baxış keçirəcək, laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olacaq, qida məhsullarının yoxlanılması prosesində iştirak etməklə, qida məhsullarının laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər keçdiyi bütün mərhələləri əyani şəkildə izləyəcəklər.
İştirak etmək istəyənlər +994 12 565 12 72, (daxili 206) telefon nömrəsinə zəng edib qeydiyyatdan keçə bilərlər.