Qroznıdan Bakıya əlavə aviareyslər açılacaq. Bu haqda 22 iyun tarixində Oxu.az məlumat verib.
Çeçenistan hava limanının mətbuat xidmətindən bildirilir ki, 1 iyul tarixindən Qroznı hava limanından Bakıya əlavə reyslər təşkil olunacaq.
Belə ki, “UTair” Bakı-Qroznı reysi üzrə və əks istiqamətdə uçuşlar həftədə 7 gün olacaq. Biletlər bir istiqamətə 550 manatdan başlayır.
Əvvəllər uçuşlar həftədə iki dəfə həyata keçirilirdi.