Quba rayonunda qaz sızması partlayışa və bir nəfərin ciddi xəsarət almasına səbəb olub.
Shimal.News-un əldə etdiyi məlumata görə, hadisə rayonun Qəçrəş kəndində baş verib. Kənd sakini Laçın Şirinbala oğlu Ələsgərov səhər saatlarında oyanaraq siqaret yandırmaq istəyib. Alışqanı yandıran kimi ev partlayıb. Məlum olub ki, partlayışa səbəb qaz sızması olub.
Xəsarət alan kənd sakini təcili tibbi yardım avtomobili ilə Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Ona ağır dərəcəli yanıq diaqnozu qoyulub və müalicəsini davam etdirmək üçün Bakıya göndərilib. Həkimlər Quba sakininin həyatını xilas etmək üçün mübarizə aparırlar.