top
Rəşid Behbudovun doğum günüdür
13 dekabr 2024, 23:17
- ↺ +

Rəşid Behbudovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Görkəmli müğənni Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edib və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayıb. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edib. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanıb.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxıb və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunub.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib.

1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti, bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. Rәşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

Son xəbərlər

Xəbər
Bu gün, 13:48

Bakıda qonşular içki içib 30 manata görə dalaşdılar

Xəbər
Bu gün, 13:05

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Bu gün, 12:49

Lavrov Bakıya gələcək

Xəbər
Bu gün, 12:02

"Bakı Ağac Emalı" ASC-də baş verən partlayışla bağlı yenidən kassasiya şikayəti verilib

Xəbər
Bu gün, 11:54

Bakıda arvadını qətlə yetirən türkiyəli iş adamı MİRASDAN MƏHRUM EDİLDİ

Xəbər
Bu gün, 11:38

AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Aktual Xəbərlər
Bu gün, 10:16

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Aktual Xəbərlər
Bu gün, 09:46

AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə dələduzluq

Aktual Xəbərlər
Bu gün, 09:19

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub - RƏSMİ

Xəbər
Bu gün, 09:11

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Xəbər
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Xəbər
Dünən, 17:45

"Sərxoşluğu mənə xoş gəlmədi" — Bakıda kafedə Polşa vətəndaşını bıçaqladı

Aktual Xəbərlər
Dünən, 16:27

136 saylı məktəbdəki insidentdə iki şagird xəsarət alıb

Aktual Xəbərlər
Dünən, 13:33

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Aktual Xəbərlər
Dünən, 12:48

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
Dünən, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Dünən, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Dünən, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Dünən, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Dünən, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Xəbər
Dünən, 00:01

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Aktual Xəbərlər
12 oktyabr 2026, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
12 oktyabr 2026, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
12 oktyabr 2026, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
12 oktyabr 2026, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
12 oktyabr 2026, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
12 oktyabr 2026, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Oxşar xəbərlər