Bir müddət əvvəl ana olan model Razi Əliyeva oğlu ilə görüntülərini şəxsi sosial hesabında paylaşıb.
Bakuplus.az xəbər verir ki, modelin övladı uzun müddət küvəzdə qalıb. Ancaq artıq uşağın vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb. Həmçinin Razi izləyicilərdən gələn sualları da cavablandırıb.
O, uşağa tək baxmaqla bağlı suala belə cavab verib:
“Dayə var. Amma hələ ki, uşağı paylaşmaq mənə çətin gəlir. Hər şeyini özüm etmək istəyirəm. Zamanla keçər yəqin”.
Model həyat yoldaşının övladını görüb-görməməsi ilə bağlı isə sualı cavablandıraraq “Dədəsinə görə narahat olmayın” deyib.
Qeyd edək ki, bir neçə müddət əvvəl modelin yoldaşı Nicat Əliyev Razinin ondan boşanmaq istədiyini və məhkəməyə müraciət etdiyini bildirib.